04.11.2023

“Zəfər Günü”nə həsr edilən şahmat üzrə yarış keçirilib

 

Ağstafa rayonu üzrə təhsil sektorunun və Ağstafa rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr edilən şahmat üzrə yarış keçirilib.

Yarışda şahmat dərslərinin təşkil edildiyi pilot məktəblərin şagirdləri iştirak ediblər.

Nəticələrə əsasən Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəb I, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəb II və Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb.


Açar sözlər: