03.11.2023

 “Zəfərimiz” adlı bilik yarışı keçirilib

 

Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə müəllimlər arasında “Zəfərimiz” adlı bilik yarışı keçirilib. Yarışda hər komandada 5 müəllim olmaqla 27 komanda iştirak edib. 3 mərhələdən ibarət olan yarışın sonunda Dəllər qəsəbə Z. Abbasov adına tam orta məktəbin komandası I, Xuluf kənd R.İsmayılov adına tam orta məktəbin komandası II, Qaracəmirli kənd C.Bayramov adına tam orta məktəbin komandası III yerə layiq görülüb. Qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, bilik yarışın əsas məqsədi müəllimlərin dünyagörüşünün, intellektuallığının artırılması və müəllim şəbəkəsinin genişləndirilməsidir.


Açar sözlər: ,