02.11.2023

Tovuz rayon ümumi təhsil müəssisələri arasında bilik yarışı təşkil edilib

Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Tovuz rayon ümumi təhsil müəssisələri arasında bilik yarışı təşkil edilib.

Nəticələrə əsasən Aşağı Öysüzlü kənd A.Hüseynov adına məktəbin komandası I, Hacallı kənd Q.Rzayev adına tam orta məktəbin komandası II, Yuxarı Öysüzlü kənd M.Məmmədov adına tam orta məktəbin komandası III yerə layiq görülüb.

Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd təhsilalanlarda vətənpərvərlik ruhunun yüksəldilməsi, onların intellektual səviyyəsinin yüksəldilməsi, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil edilməsindən ibarətdir.

Qaliblər diplom və medalla təltif olunub.


Açar sözlər: ,  ,