03.11.2023

"Müstəqilliyimiz əbədidir" mövzusunda inşa müsabiqəsinin qalibləri məlum olub

"18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü"nə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda inşa müsabiqəsinin qalibləri məlum olub. Belə ki, nəticələrə əsasən Ağlavaşlı kənd S.Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Həsənzadə Qətibə Həsən qızı I, C.Rüstəmov adına tam orta məktəbin 10-cu sinif şagirdi Həsənova Reyhan Aftandil qızı II, Qapanlı kənd İ.Məmmədov adına tam orta məktəbin 9-cu sinif şagirdi Həsənova Leyla Xəyal qızı III yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqə Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Şəmkir məktəbliləri arasında təşkil edilibdir.

Müsabiqənin əsas məqsədi təhsilalanlarda vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət atributlarına sevgi və hörmətin aşılanması və onlarda yazı vərdişlərinin yaxşılaşdırılması olub.


Açar sözlər: ,  ,