02.11.2023

"Xarı bülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilib

Noyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə "Xarı bülbül qoxulu Zəfər Günü" adlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid ailə üzvləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Əvvəlcə uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildiriblər. Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs ediblər.

Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib. 


Açar sözlər: ,