27.10.2023

“Rəqəmsal bacarıqlar” layihəsinə 31 ümumtəhsil müəssisəsindən 19 600 şagird cəlb edilib

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsinə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 31 ümumtəhsil müəssisəsindən 19 600 şagird cəlb edilib.

“Rəqəmsal bacarıqlar” layihəsinin əsas məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, eləcə də layihə qurmaq və icra etmək bacarıqlarının inkişafına təkan verməkdir.

Sözügedən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

Qeyd edək ki, Ağstafa rayonu üzrə 2 məktəbdən 1 400 şagird, Qazax rayonu üzrə 7 məktəbdən 3 400 şagird, Tovuz rayonu üzrə 12 məktəbdən 6 200 şagird, Şəmkir rayonu üzrə 9 məktəbdən 8 000 şagird və Gədəbəy rayonu üzrə 1 məktəbdən 600 şagird cəlb edilib.


Açar sözlər: