Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə “Bullinqə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.
Məktəbin psixoloqu Xəyalə Qafarova çıxış edərək bildirib ki, bullinq uşaqların incidilməsinə səbə olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Həmçinin, bullinqin intihara yol açması halları barədə danışıb. Şagirdlərə tövsiyə xarakterli məlumatlar səsləndirib, şagirdlərin sualllarını cavablandırıb. Mövzu ilə əlaqədar slaydlar və videoçarxlar nümaiş etdirilib.