26.10.2023

Şəhid ailələri ilə görüş keçirilib

Oktyabrın 25-də Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid ailə üzvləri, məktəb direktorları və rayon ictimaiyyətindən nümayəndələri iştirak ediblər. Sektor müdiri Elşən Ələsgərov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən və bu qələbədə şəhid,qazi və müharibə iştirakçılarının əvəzsiz xidmətlərindən söhbət açıb. Sonra dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Daha sonra şəhid ailə üzvlərinin işlə təmin olunması qaydaları izah edilib. Şəhid ailə üzvlərinin problemləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, son iki ildə Şəmkir rayon məktəbəqədər və ümumi təhsil müəssisələrində vakant yerlər üzrə 40 nəfər şəhid ailə üzvü, 96 nəfər qazi və vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri işlə təmin olunublar.


Açar sözlər: