19.10.2023

2 598 şagird STEAM layihəsinə cəlb edilib

15 ümumtəhsil məktəbində 2 598 şagird STEAM layihəsinə cəlb edilib.

STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Layihə çərçivəsində Ağstafa rayonu üzrə 276, Qazax rayonu üzrə 150, Tovuz rayonu üzrə 595, Şəmkir rayonu üzrə 1108, Gədəbəy rayonu üzrə isə 469 şagird STEAM layihəsinə cəlb edilib.


Açar sözlər: