18.10.2023

"Müstəqillik" adlı intellektual yarış təşkil edilib

Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 18-oktyabr müstəqilliyin bərpasının 32-ci ildönümünə həsr olunan təhsil işçiləri arasında "Müstəqillik" adlı intellektual yarış təşkil edilib.

Dövlət himni səsləndirilməsi ilə başlayan yarışda 30 məktəbdən 150 nəfər təhsil işçisi iştirak edib.

Yekun nəticələrə əsasən Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbin komandası I, Soyuqbulaq kənd H.Allahyarov adına tam orta məktəbin komandası II yerə və Səbətkeçməz kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.


Açar sözlər: ,