17.10.2023

“Valideyn, müəllim və təhsil üçbucağı” adlı intellektual yarış təşkil edilib

Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 18-oktyabr müstəqilliyin bərpasının 32-ci ildönümünə həsr olunan “valideyn, müəllim və təhsil üçbucağı” adlı intellektual yarış təşkil edilib.

Yarışdan əvvəl dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Üç mərhələdən ibarət olan yarışda 10 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən Şəmkir rayonu üzrə təhsil sektorunun komandası I, Morul tam orta məktəbin komandası II, Şəmkir şəhər kimya-biologiya təmayüllü liseyin komandası isə III yeri qazanıb.


Açar sözlər: ,