18.10.2023

18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil müəssisələrində müstəqilliyin bərpasının 32-ci ildönümünə həsr olunan “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda intelektual yarışlar, inşa yazı müsabiqələri və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.        

Tədbirlərdə çıxış edənlər 32 il əvvəl-1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi, həmin tarixi dövr barədə şagirdlərə ətraflı məlumat veriblər.

Qeyd ediblər ki, Azərbaycan xalqı bu bayramı tarixi qələbəmiz sayəsində ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyətinin daha dəqiq ifadə olunması və şagirdlərə bu barədə məlumatların daha ətraflı çatdırılması böyük önəm kəsb edir.


Açar sözlər: ,