16.10.2023

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanı keçirilib

Oktyabrın 14-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

İmtahanda 128 nəfər iştirak edib. İmtahan Şəmkir şəhəri F.Salmanov adına tam orta məktəbdə keçirilib.

Namizədlər 80 dəqiqə ərzində 40 sualı cavablandırıblar. Nəticələr məlum olduqdan sonra namizədlərə sms göndəriləcək.


Açar sözlər: