Ağstafa rayonu üzrə təhsil sektoru və Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Hədəf” adlı pnevmatik silahdan (tir) atış üzrə yarış keçirilib.
Yarışda rayonun ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərindən ibarət 28 komanda iştirak edib.
Yarışın sonunda Ağstafa rayon Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin komandası I, Həsənsu kənd tam orta məktəbin komandası II və Yenigün kənd tam orta məktəbin komandası isə III yerin sahibi olub.