13.10.2023

Poliatlon idman növü üzrə Şəmkir rayon birinciliyi keçirilib

Oktyabrın 13-də Qazax-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı Şəmkir Olimpiya İdman Kompleksində poliatlon (çoxnövçülük) idman növü üzrə ümumtəhsil məktəbləri arasında Şəmkir rayon birinciliyi keçirilib.

Yarışın normativlərinə uyğun olaraq turnikdə dartınma üzrə Zəyəm qəsəbə Y.Məmmədov adına 2 nömrəli tam orta məktəb, 2000 metr məsafəyə kross qaçışı üzrə C.Rüstəmov adına tam orta məktəb, 100 metr məsafəyə qaçış üzrə Kür qəsəbə 1 nömrəli tam orta məktəb və qumbara atma üzrə Könüllü kənd 1 nömrəli tam orta məktəb qalib olub.


Açar sözlər: ,