11.10.2023

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanı keçiriləcək

Oktyabrın 14-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçiriləcək.

İmtahan saat 10:00-da Şəmkir şəhəri F.Salmanov adına tam orta məktəbdə (ünvan: Şəmkir şəhəri Şıxəli Qurbanov küçəsi 1) keçiriləcək.

İmtahanda iştirak edəcək namizədlərin imtahan binasına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etmələri mütləqdir.

Qeyd edək ki, test imtahanında namizədlərə 80 dəqiqə müddətində pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.


Açar sözlər: