10.10.2023

Sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsi yekunlaşıb

Oktyabrın 10-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və cari ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə müsahibə mərhələsinin keçirilməsi yekunlaşıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müsahibə zamanı müəllimlər proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünütəqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə müvafiq komissiya tərəfindən qiymətləndirilir.


Açar sözlər: ,