10.10.2023

“İcma əsaslı məktəbəqədər təhsil” qruplarda tədris davam edir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində fəaliyyət göstərən qruplarda tədris davam edir.

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 56 müəssisədə 83 qrupda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində uşaqlar təhsil alır.

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.

Qeyd edək ki, ənənəvi olaraq yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan öncə təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.


Açar sözlər: