09.10.2023

“Vətənin müdafiəsinə hazıram” adlı poliatlon çoxnövçülüyü üzrə Ağstafa rayon birinciliyi keçirilib

“Vətənin müdafiəsinə hazıram” adlı poliatlon çoxnövçülüyü üzrə Ağstafa rayon birinciliyi keçirilib.

Rayon birinciliyində Ağstafa rayonu üzrə təhsil sektorunun, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun, Əfqanıstan Müharibəsi Veteranları ictimai birliyinin rayon şöbəsinin məsul şəxsləri iştirak ediblər.

Yarışların keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.

Rayon çempionatında Köçəsgər kənd H.Əlizadə adına 1 nömrəli tam orta məktəbin komandası I, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin komandası II, Tatlı kənd F.Nağıyev adına tam orta məktəbin və Eynallı kənd X.İsmayılov adına tam orta məktəbin komandaları III yerə layiq görülüblər.


Açar sözlər: ,