02.10.2023

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Oktyabrın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2023-2024-cü tədris ili üzrə ilk məşğələlərə start verilib.

Qeyd edək ki, Ağstafa rayonu üzrə 793, Qazax rayonu üzrə 957, Şəmkir rayonu üzrə 2520, Tovuz rayonu üzrə 1495 və Gədəbəy rayonu üzrə 514 nəfər məktəbəhazırlıq qruplarında tədrisə başlayır.