02.10.2023

“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Sentyabrın 30-da Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə təşkil olunmuş seçim turunda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 107 nəfər XI sinif şagirdi iştirak edib.

Qeyd edək ki, müsabiqənin yekununda ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 17-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaq.


Açar sözlər: ,