29.09.2023

İbtidai sinif müəllimləri ilə görüş keçirilib

Sentyabrın 28-də 2022-2023-cü tədris ilində 4-cü siniflər üzrə milli qiymətləndirmənin nəticələrinə əsasən sinifləri yüksək nəticələr əldə etmiş ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

İdarə müdiri Arslan Hacıyev əldə etdikləri nəticələrə görə müəllimləri təbrik edib və tədrisin keyfiyyətinin artırılması üçün təlim metodları, şagirdlərlə işin təşkili, valideyn müəllim münasibətlərinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb.

Sonra müəllimlər öz tədris metodları ilə bağlı təcrübələrini paylaşıblar. Qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,