27.09.2023

Anım Günü tədbirlər təşkil olunub

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Qalib Azәrbaycan xalqı vә Müzәffәr Ali Baş Komandanın fəaliyyətindən irəli gələn ideyalara köklənən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.

Bildirilib ki, Vətən Müharibəsi zamanı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Tədbirlərin sonunda ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri Şəhidlər Xiyabanını və məzarlarını ziyarət ediblər.


Açar sözlər: ,