26.09.2023

Şahmat idman növü üzrə yarışın qalibləri məlum olub

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin müəllimləri arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat idman növü üzrə yarışın qalibləri məlum olub. Belə ki, Şəmkir rayon UGİŞM-in müəllimi Bünyad Əsgərov I, Qazax rayon UGİŞM-in müəllimi Nadir Bəkirov ll, Tovuz rayon UGİŞM-in müəllimi Polad Hüseynov lll yerə layiq görülüblər.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd şahmat müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, regionda yüksək potensiallı şahmat müəllimlərinin müəyyən edilməsi, müəllimlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindən ibarətdir.


Açar sözlər: