18.09.2023

Aşağı Öysüzlü kənd A.Hüseynov adına tam orta məktəbin yeni binasının açılışı olub

Sentyabrın 18-də Tovuz rayon Aşağı Öysüzlü kənd A.Hüseynov adına tam orta məktəbin yeni binasının açılışı olub.

Açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev iştirak ediblər.

Məktəbin yeni binasının inşasına Heydər Əliyev Fondu tərəfindən 6 fevral 2023-cü ildə başlanılmışdır. Bir korpusdan ibarət olan məktəb binası 360 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 4 fənn kabineti, kitabxana, 209 nəfərlik akt zalı, idman zalı və 110 nəfərlik yeməkxana mövcuddur.


Açar sözlər: ,