18.09.2023

Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbin yeni binasının açılışı olub

Sentyabrın 18-də Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbin yeni binasının açılışı olub.

Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, rayon ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.

Məktəbin yeni binasının inşasına Heydər Əliyev Fondu tərəfindən 2 fevral 2023-cü ildə başlanılmışdır. Bir korpusdan ibarət olan məktəb binası 420 şagird yerlikdir. Məktəbdə 19 sinif otağı, 4 fənn kabineti, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və 125 nəfərlik yeməkxana mövcuddur.


Açar sözlər: ,