08.09.2023

Yüksək bal toplamış məzunlarla görüş keçirilib

Sentyabrın 8-də Şəmkir rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, təhsil sektorunun əməkdaşları, valideynlər və məzunlar iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentləri təbrik edib, onların valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də çıxışında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, regionda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.

Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar isə çıxışlarında bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər.

Müəllimlər və valideynlər isə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə adını qazanan məzunlara Fəxri Fərman və hədiyyələr təqdim edilib.


Açar sözlər: ,