06.09.2023

Maarifləndirici tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində hüquqpozmaların və digər nöqsanların baş verməməsi üçün görüşlər təşkil edilib.

Tədbirlərdə məktəb direktorları, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşlərdə hüquqpozmaların törədilməsinin, vətəndaşların narazılığına səbəb olan halların qarşısının alınması məqsədi ilə təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin məlumatlandırılması, pozuntular haqqında məlumatlara dərhal münasibət bildirilməsi, təqsirli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi təhsil müəssisələrinin rəhbərləri və təhsil idarəçilərinin diqqətinə çatdırılıb.

Valideynlər, təhsil prosesinin digər iştirakçıları korrupsiya hüquqpozmaları, vəzifəli şəxslərin məsuliyyəti, korrupsiyaya qarşı dözümsüzlüyün artırılması mövzusunda məlumatlandırılıb.


Açar sözlər: