01.09.2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Sentyabrın 1-də Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə müsabiqə qalibləri öz layihələri barədə ətraflı məlumat verdilər və layihələr ətrafında fikir mübadiləsi aparıldı.

Müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan idarə müdiri layihələrin icra müddətində layihə rəhbərlərinə uğurlar arzuladı.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 10 layihə qalib olub. Bu layihələrdən 3-ü məktəb, 7-si fərdi layihədir.


Açar sözlər: