26.08.2023

"Laçın şəhəri günü”nə həsr olunan “Qələbə Kuboku” adlı intellektual yarış keçirilib

 

Avqustun 26-da Gədəbəy rayonu üzrə təhsil sektorunun, Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Laçın şəhəri günü”nə həsr olunan “Qələbə Kuboku” adlı intellektual yarış keçirilib.

Yarışda yarışda 10 komanda olmaqla 50 nəfər məzun, şagird və gənc iştirak edib. Yarışın nəticəsinə əsasən, I yeri Polad komandası, II yeri Günəş komandası, III yeri isə Star komandası qazanıb.


Açar sözlər: ,  ,