23.08.2023

Məktəb direktorlarının illik hesabatları dinlənilib

Avqustun 23-də yeni təyin edilən məktəb direktorlarının illik hesabatları dinlənilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsində 2022-2023-cü tədris ilində təyin olunan direktorların bir illik hesabatları dinlənilib.

Hesabatların dinlənilməsində əsas məqsəd 1 il ərzində məktəb direktorlarının ümumi fəaliyyətlərini dəyərləndirmək, məktəblərin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələrinin rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Sonda hesabatlarla əlaqədar müvafiq tövsiyələr verilib, direktorları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: