22.08.2023

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib

Avqustun 22-də Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib.

Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunub və 40 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanan namizədlərdən 58 nəfəri esse mərhələsində iştirak edib.

Müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.


Açar sözlər: ,