Avqustun 21-də Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları və Dağ Kəsəmən 1 nömrəli tam orta məktəbin direktoru ömrünü müəllimliyə həsr etmiş qocaman müəllim Raisə Qəfərovanı ziyarət ediblər.
Raisə müəllim bu gün təhsilin vacibliyindən, şagirdlərin ixtisas seçimindən və valideyn dəstəyindən danışıb. Çay masası ətrafında davam edən görüşün sonunda sektor müdiri Mədəd Zeynalov Raisə müəllimə möhkəm cansağlığı arzu edib.
Qeyd edək ki, Raisə Qəfərova 50 ildən artıq Dağ Kəsəmən 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışıb.