18.08.2023

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçiriləcək

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi 22 avqust 2023-cü il tarixində Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə keçiriləcək.

Mərhələ barədə məlumat test imtahanından uğurla keçmiş namizədlərin əlaqə nömrələrinə göndərilib.

Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunacaq.

Namizədlər müvafiq linkə (https://miq.edu.az/direktorlar/qanun/esse.pdf) daxil olmaqla qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Qeyd edək ki, “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlərdən 70 nəfər uğur qazanaraq esse mərhələsinə keçib.

Müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.


Açar sözlər: