09.08.2023

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək

 

Avqustun 14-də şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.

Müsahibə mərhələsinə müsabiqənin test mərhələsində uğur qazanmış 59 namizəd və şagird sayı 0-150 olan məktəblər üzrə 46 namizəd dəvət olunub.

Qeyd edək ki, müsahibələr Qazax-Tovuz Regional Təhsil İdarəsinin (Şəmkir şəhəri, Nizami küçəsi 71) inzibati binasında keçiriləcək.

Müsahibə mərhələsində ümumi olaraq direktorluq üçün zəruri olan texniki biliklər, yumşaq bacarıqlar və liderlik keyfiyyətləri yoxlanılır.

Müsahibələrin tarixi və saatı ilə bağlı namizədlərin mobil nömrələrinə sms bildirişi göndərilib.


Açar sözlər: ,