04.08.2023

“Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib

Avqustun 4-də “Heydər Əliyev İli” çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin və Şəmkir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları Ümummilli liderin Şəmkir rayon Heydər Əliyev Mərkəzində yerləşən abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirin rəsmi hissəsində Dövlət himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə məktəblilərin ifasında Ana dilimizə həsr olunan şeirlər səsləndirilib, bu sahədə fərqlənən müəllimlərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Şəmkir rayon ümumi təhsil müəssisələrində çalışan və sertifikasiya imtahanlarında 51 baldan çox nəticə göstərən müəllimlər “Təşəkkürnamə” ilə təltif olunublar.


Açar sözlər: