31.07.2023

 Elektron sənəd qəbulu mərhələsinə start verilir

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul - 7 avqust tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

 


Açar sözlər: