25.07.2023

Məzunlarımız qızıl və gümüş nişanla təltif olunub

Elm və təhsil naziri cənab Emin Əmrullayevin əmrinə əsasən 2022-2023-cü tədris ilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 3 nəfər qızıl, 2 nəfər isə gümüş nişanla təltif olunub.

Qızıl nişanla təltif olunan məzunlarımız:

İsmayılova Alsu Nəsimi qızı – Şəmkir rayon Şiştəpə kənd Q.Allahverdiyev adına tam orta məktəb;

Məmmədov Ayxan Vüqar oğlu – Şəmkir rayon Dəllər-Daşbulaq kənd S.Tabıyev adına tam orta məktəb;

Əsgərova Elgün Elşad qızı – Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb.

Gümüş nişanla təltif olunan məzunlarımız:

Həşimova Könül Nofəl qızı – Şəmkir rayon Kür qəsəbə H.Z.Tağıyev adına 2 nömrəli tam orta məktəb;

Kərimli Ruhin Ramiz oğlu – Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb.

Məlumat üçün qeyd edək ki, 2021-2022-ci tədris ilində XI sinif məzunlarından 2 nəfər şagirdimiz qızıl nişanla təltif olunub.


Açar sözlər: ,