Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 10 layihə qalib olub.
Layihələrdən 3-ü məktəb, 7-si isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən dördü Şəmkir rayonu üzrə, üçü Ağstafa rayonu üzrə, biri Qazax rayonu üzrə, biri Tovuz rayonu üzrə, biri isə Gədəbəy rayonu üzrədir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.