İyulun 11-də Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin işə qəbulu üzrə müsahibələr keçirilib. Müsahibələrdə 55 namizəd iştirak edib.
Keçirilmiş müsahibələrdə uğur qazanan namizədlərin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan müvafiq yerli idarəetmə orqanlarına göndərilmiş sorğuların nəticələrinə uyğun həyata keçiriləcəkdir.