05.07.2023

“Əlvida bağça-salam məktəb” adlı buraxılış tədbiri keçirilib

Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasında “Əlvida bağça-salam məktəb” adlı buraxılış tədbiri keçirilib.

Tədbirdə Şəmkir rayonu üzrə təhsil sektorunun nümayəndələri, bağçanın kollektivi və valideynlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər. Eyni zamanda uşaqların iştirakı ilə hazırlanmış rəqslər və dünya müsiqilərindən ifalar nümayiş etdirilib.