İyulun 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi və məktəbəqədər təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.
Qeyd edək ki, müsabiqə qeydiyyat, test və müsahibə olmaqla 3 mərhələdə təşkil edilir. Test imtahan mərhələsində müvafiq keçid balını toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət olunacaqlar.
Nəticələr elan olunduqdan sonra namizədlərə sms vasitəsilə məlumat veriləcək.