27.06.2023

 İdarə müdiri qocaman müəllimi ziyarət edib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, idarə əməkdaşları və vaxtilə şagirdi olmuş bir neçə kimya müəllimi qocaman müəllim Talıb Əliyevi ziyarət ediblər.

Görüş zamanı Talıb müəllim valideyn, müəllim və şagird üçbucağının vacibliyindən danışıb. Daha sonra keçmiş xatirələrini qonaqlarla bölüşüb. Çay masası ətrafında davam edən görüşün sonunda idarə müdiri Talıb müəllimə möhkəm cansağlığı arzu edib.

Qeyd edək ki, Talıb Əliyev 1927-ci ildə Tovuz rayon Yuxarı Öysüzlü kəndində anadan olub. Pedaqoji Universitetin kimya-biologiya ixtisasını bitirib. Pedaqoji fəaliyyətə Tovuz rayon Şamlıq kənd tam orta məktəbindən başlayıb. Sonra fəaliyyətini Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbdə, daha sonra isə A.S.Puşkin adına tam orta məktəbdə davam etdirib. 1988-ci ildən həmin məktəbdən təqaüdə çıxıb.


Açar sözlər: