21.06.2023

Şəmkir məktəbliləri "FIRST Lego League Explore" yarışmasında iştirak ediblər

Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyin 2-ci sinif şagirdi Banuçiçək Qarayeva və Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbin 2-ci sinif şagirdi Cihan Sadıqov Bakı Avropa Liseyində "FIRST Lego League Explore" (6-10 yaş) yarışmasında iştirak ediblər.

Ölkənin müxtəlif regionlarından 25 komandanın iştirak etdiyi yarışda şagirdlər modellərinin dizaynı və hazırlanmasında innovativlik və kreativlik nümayiş etdirdiyinə görə "Team Model Award" nominasiyası üzrə qalib seçiliblər.


Açar sözlər: ,