İyunun 19-da Qazax rayon Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
Açılışda Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev iştirak edib.
Məktəb-liseyin inzibati binasında 700-dən çox şagirdin təhsil alacağı gözlənilir. Məktəbdə 28 sinif otağı, 8 fənn kabineti, məktəbəhazırlıq və tibb otaqları, akt zalı, qapalı və açıq idman meydançaları, kitabxana və bufet mövcuddur.