İyunun 17-də “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. İmtahan Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə təşkil edilib.
Müsabiqədə iştirak üçün 197 namizəd qeydiyyatdan keçib. 189 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb ki, onlardan da 140 nəfər test imtahanı mərhələsində iştirak edib.
Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunub.
Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkar etmək, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.