14.06.2023

5882 nəfər məzun üçün “Son zəng” çalınıb

İyunun 14-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin ümumi təhsil müəssisələrində 5882 nəfər məzun üçün “Son zəng” çalınıb.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev və müdir müavini Nizaməddin Babanlı Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyin "Son Zəng" tədbirində iştirak ediblər.


Açar sözlər: ,