13.06.2023

Məktəblilər arasında intellektual yarış keçirilib

İyunun 13-də Ağstafa rayonu üzrə təhsil sektorunun, Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə şəhid Qurban Mehdizadənin xatirəsinə həsr olunmuş məktəblilər arasında intellektual yarış keçirilib.

Yarış Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın sonunda Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin komandası l yerə, Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin komandası ll yerə, Qaçaq Kərəm kənd İ.Həsənov adına tam orta məktəbin komandası lll yerə layiq görülüb.

Qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.

 


Açar sözlər: