Şəmkir rayonu üzrə təhsil sektorunun və Şəmkir rayon Qaracəmirli kənd 2 nömrəli tam orta məktəbin müəllimi Niyaz Rüstəmovun təşkilatçılığı ilə müəllimlər arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ilinə həsr olunmuş "Müstəqilliyimizin qurucuları" adlı intellektual yarış təşkil edilib.
Yarışda Şəmkir rayon ümumi təhsil müəssisələrindən 8 komanda iştirak edib. İki mərhələdən ibarət yarışın hər mərhələsində 12 sual səsləndirilib. Komandalar bir dəqiqə ərzində sualları cavablandırıb.
Yarışın sonunda Morul tam orta məktəbin komandası l yerə, Şəmkir şəhər kimya-biologiya təmayüllü liseyin komandası ll yerə, M.Füzuli adına məktəb-liseyin komandası lll yerə layiq görülüblər.
Qalib komandalar Fəxri Fərmanla təltif olunublar.