Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilovanın iştirakı ilə 07-08 iyun tarixlərində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında təhsil alan 9-11-ci sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib.
Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis ola biləcəkləri bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.